SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sumqayıt elektrik şəbəkəsinin ərazisinə aid olan Corat qəsəbəsində qəza baş verib".

Bu sözləri BAKU.WS-ə açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.

O əlavə edib ki, avtomobil beton dayağa dəydikdən sonra onu aşırdıb: "Naqillər dartırılıb və ikinci dayağı da aşırdıb. Səhər saatlarından əməkdaşlarımız qəza yerinə gediblər. Hər iki dayağın dəyişdirilməsi prosesi həyata keçirilir. Yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa olunacaq".

***10:47

Sumqayıt şəhərində işıq dirəklərindən biri aşıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Sumqayıtın 51-ci və 16-cı məhəllələri arasındakı yolda qeydə alınıb.

Yüksək gərginlikli işıq dirəyinin yola aşması ətrafdakılar üçün təhlükəli vəziyyət yaradıb.

Görüntüləri olduğu kimi təqdim edirik:

BAKU.WS
VİDEO