SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs olunub.

BAKU.WS xəbər verir ki,bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes-Benz” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cahangir Bəhlul oğlu Ağayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

BAKU.WS
VİDEO