SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu Arda Güler bu yay İspaniyanın "Real Madrid" klubuna keçməyə qərar verib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Athletic" nəşri yazıb.

18 yaşlı yarımmüdafiəçinin müqavilə bağlandıqdan sonra mövsümöncəsi Karlo Ançelottinin komandasına qoşulacağı gözlənilir.

Məlumata görə, yekun danışıqlar bu həftə baş tutacaq.

Gülerin İstanbul təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsində "Fənərbaxça"nın tələb etdiyi 17,5 milyon avroluq sərbəst qalma maddəsi var. Madrid təmsilçisi Güleri kluba gətirmək üçün bu məbləğdən daha çox pul ödəməyə hazır olduğu bildirib.

Həmçinin "Fənərbağça" gənc oyunçunun sonrakı satışından 20 faiz pay alma müddəasını daxil edib.

Qeyd edək ki, Arda Güler 2019-cu ilin yayından "Fənərbağça"da forma geyinir.

BAKU.WS