SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya "Barselona"sının prezidenti Joan Laporta Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu Arda Güleri transfer etmək istədiklərini təsdiqləyib.

"Report"un məlumatına görə, funksioner TV3 kanalının efirində 18 yaşlı yarımmüdafiəçi üçün İstanbul təmsilçisi ilə danışıq apardıqlarını bildirib.

O, Kataloniya təmsilçisinin idman direktoru Dekunun bu məsələ ilə məşğul olduğunu söyləyib: "Deku hazırda Arda Gülərin keçidi üzərində işləyir. La Liqa bizə bu il sayılmayan əməliyyatları həyata keçirməyə imkan verir. Skautlarımız uzun müddətdir Ardanı izləyirlər. Bu məsələdə Dekunun da müsbət fikri var. Gələn il transferi tamamlamağa çalışacağıq".

Qeyd edək ki, Arda Gülerlə Avropanın digər top-komandaları da yaxından maraqlanır.

BAKU.WS