SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya millisi Qətərdə keçirilən dünya çempionatına darmadağınla başlayıb.

E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.

Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, E qrupunun ilk oyununda Almaniya yığması gözlənilmədən Yaponiyaya uduzub - 1:2. I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.

***21:38

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab dəyişib.

Avropa təmsilçisi 5-ci topu rəqibin qapısından keçirib. 74-cü dəqiqədə Qavi fərqlənib.

***21:17

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan İspaniya — Kosta Rika matçında hesab dəyişib.

Matçın 54-cü dəqiqəsində Ferran Torres özünün ikinci, komandasının dördüncü qolunu vurub.

***21:17

İspaniya millisi Qətərdəki dünya çempionatında Kosta Rikaya qarşı keçirdiyi E qrupunun ilk tur oyununda 3-cü qolu vurub.

Avropa təmsilçisinin heyətində Ferran Torres fərqlənib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

***20:20

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda Avropa təmsilçisi 11-ci dəqiqədə Dani Olmonun vurduğu qolla önə keçib.

Daha sonra İspaniya ikinci qolunu vurub. 21-ci dəqiqədə fərqlənən marko Asensio Pireney təmsilçisinin üstünlüyünü artırıb — 2:0.

***20:01

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00–da start götürüb.

BAKU.WS