Azərbaycan çempionatının milyonluq futbolçuları - SİYAHI
04
mar
2018
13:43
Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib. Fanat.Az "Transfermarkt"ın qiymətləndirməsinə istinadən xəbər verir ki, çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedi."Qarabağ"ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyulub. Onu "Qarabağ"dan komanda yoldaşı və həmyerlisi, milliləşdirilmiş futbolçumuz Riçard Almeyda izləyir - 1,5 milyon avro. 3-4-cü pillərlərdə də "Qarabağ"ın futbolçuları qərarlaşıb. Belə ki, rəqabətdə İbrahim Şehiçə uduzan ukraynalı qapıçı Anton Kanibolotski və ispan futbolçu Dani Kintananın 1 milyon avro qiyməti var.BAKU.WS
| № | Futbolçu (klub) | Dəyəri (avro) |
| 1. | Pedro Enrike (Qarabağ) | 3.000.000 |
| 2. | Riçard Almeyda (Qarabağ) | 1.500.000 |
| 3-4. | Anton Kanibolotski (Qarabağ | 1.000.000 |
| Dani Kintana (Qarabağ | 1.000.000 | |
| 5-6. | Miçel (Qarabağ) | 900.000 |
| Vitali Vernidub (Qəbələ) | 900.000 | |
| 7-9. | İbrahim Şehiç (Qarabağ) | 800.000 |
| Vild Donald Gerye (Qarabağ) | 800.000 | |
| Filip Ozobiç (Qəbələ) | 800.000 | |
| 10-14. | Yakub Rejniçak (Qarabağ) | 700.000 |
| Bədavi Hüseynov (Qarabağ) | 700.000 | |
| Voyislav Stankoviç (Qəbələ) | 700.000 | |
| Dion Malone (Qəbələ) | 700.000 | |
| Stiven Jozef-Monroz (Qəbələ) | 700.000 | |
| 15. | Dmitri Bezotosnı (Qəbələ) | 650.000 |
| 16-17. | Kiril Petrov (Neftçi) | 600.000 |
| Yosep Bum (Zirə) | 600.000 | |
| 18-22. | Ramil Şeydayev (Qarabağ) | 500.000 |
| Qara Qarayev (Qarabağ) | 500.000 | |
| Maksim Medvedev (Qarabağ) | 500.000 | |
| Famussa Kone (Qəbələ) | 500.000 | |
| Faruk Miya (Səbail) | 500.000 |
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu Türkiyə Super Liqasına transfer olunur
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda "Bursaspor"a transfer oluna bilər. Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa k...