SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça"nın gənc ulduzu Arda Gülərin "müştəriləri" arasına İspaniya nəhəngi "Real Madrid" də qatılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ardanın müqaviləsində 18 milyon avroluq sərbəst qalma maddəsi olduğu üçün bu transfer üçün yarışa "Real Madrid" də daxil olub.

Bildirilib ki, “Real Madrid” Arda Güləri transfer edəcəyi təqdirdə, ilk olaraq onu klubun ikinci komandası olan “Real Madrid Kastilya”da oynadacaq və zamanla əsas komandaya gətirəcək.

Qeyd edək ki, ötən mövsüm "Fənərbağça"nın heyətində 35 rəsmi oyuna çıxan 18 yaşlı Arda bu matçlarda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

BAKU.WS