SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu mövsüm La Liqada çempion olan “Barselona” Serxio Busquets komandadan ayrıldıqdan sonra yeni yarımmüdafiəçi axtarışındadır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, klub İlkay Gündoğanı transfer etməyə çox yaxındır.

Məlumata görə, İlkay Gündoğan "Barselona" üçün tibbi müayinəyə girib.

İlkayın “Mançester Siti” ilə müqaviləsinin başa çatması səbəbindən transfer baş tutsa, "Barselona" əlavə məbləğ ödəməyəcək.

32 yaşlı ulduz yarımmüdafiəçini itirməmək üçün “Mançester Siti”nin müqavilə təklif etdiyi deyilsə də, İlkay Gündoğanın “Barselona”ya üstünlük verdiyi iddia edilib.

Bu mövsüm kritik qollarla komandasını çempionluğa aparan İlkay Gündoğan "Mançester Siti"nin heyətində 51 rəsmi oyuna çıxıb və bu matçlarda 11 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Mançester Siti” karyerasında ümumilikdə 304 rəsmi oyuna çıxan İlkay bu matçlarda 60 qol vurub, 40 məhsuldar ötürmə edib.

BAKU.WS