SİZİN REKLAM BURADA!
055 213 76 73


Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 18 min metrə1 yaxın qazma işləri həyata keçirilib.

Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton2 neft, 2 milyard kubmetr3 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq, 12,6 milyard kubmetr4 təşkil edib.

Ümumilikdə isə, ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton5 xam neft hasil olunub.Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,9 milyon ton6 təşkil edib.

Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı isə 2,3% artaraq 6,5 milyard kubmetr7 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4,9 milyard kubmetr8 təşkil edib.

Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artıb.Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona9 yaxın neft, 923,7 milyon kubmetr10 qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artıb.

SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb.

Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

1. 17.644 metr

2. 1.884.502 ton

3. 1.985.942.000 kubmetr

4. 12.577.434.000 kubmetr

5. 7.257.208 ton

6. 3.911.173 ton

7. 479.755 kubmetr

8. 4.930.836.000  kubmetr

9. 1.654.301 ton 

10. 923.702.845 kubmetr

11. 495.518 ton

BAKU.WS