SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante karyerasını "Əl-İttihad"da davam etdirəcək.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Fabrizio Romano" məlumat yayıb.

"Əl-İttihad" heyəti lazımi sənədləri hazırlamaq üçün Londona gedib.

Klub futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.

Müqavilə 2025-ci ilə qədər imzalanacaq və Kante bu transferdən ildə 100 milyon avro maaş alacaq.

Qeyd edək ki, 2022/23 mövsümündə Kante zədə səbəbindən bütün yarışlarda cəmi 9 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, dünən "Əl-İttihad" "Real"ın ulduzu Kərim Benzemanın transferini rəsmən açıqlayıb.

BAKU.WS