SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən taekvondo dünya üzrə çempionatı yüksək səviyyədə təşkil olunub.

Bunu ölkəmizdə səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

Qeyd edək ki, taekvondo üzrə dünya çempionatında altıncı günə yekun vurulub.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov da izləyiblər. Onlar görüşlər başa çatdıqdan sonra idmançıların mükafatlandırma mərasimində iştirak ediblər.

Yarışdan öncə BOK prezidenti dünya çempionatında iştirak edən qaçqın komandası ilə görüşüb. Qonaqlar həmçinin Bakı Kristal Zalında Dünya Taekvondosunun stendi ilə tanış olub, digər stendlər və məhsulları nəzərdən keçiriblər. Ardınca “Demo Team”in şousunu izləyiblər.

BAKU.WS
QALEREYA