SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ"ın futbolçusu Marko Yankoviç 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Klubdan BAKU.WS-ə verilən məlumata görə, buna səbəb monteneqrolu yarımmüdafiəçinin Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnməsidir.

Həkim müayinəsindən keçən 28 yaşlı oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtıq aşkar edilib.

BAKU.WS