VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələn "Qarabağ" və Şotlandiyanın "Aberdin" klublarının oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, oyun köhlən atların minimal qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, cavab matçı avqustun 26-da Şotlandiyada baş tutacaq.

***

20.32

UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələn "Qarabağ" və Şotlandiyanın "Aberdin" klublarının oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, hesabı 30-cu dəqiqədə "Qarabağ"ın oyunçusu Xayme Romero açır.

***

20.12

Bakıda "Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı sloveniyalı Rade Obrenoviç başçılıq etdiyi hakimlər briqadası idarə edir.

***

19.09

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Şotlandiyanın "Aberdin" klublarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borqes, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç

Baş məşqçi: Qurban Qurbanov

"Aberdin": 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidayn, 5. Deklan Qallaher, 8. Skott Braun, 9. Kristian Ramires, 14. Cey Emmanuel-Tomas, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Ramzi

Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayall Makqin, 15. Dilan Makqiox, 17. Conni Heys, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 21. Cek Gerr, 24. Din Kempbell, 31. Kiran Nqvenya, 35. meyson Henkok

Baş məşqçi: Stiven Qlass

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

BAKU.WS