SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdamın "Qarabağ" klubunun UEFA Konfrans Liqasında üz-üzə gələcəyi Belçikanın "Gent" klubunun dəyəri 68,2 milyon avrodur.

BAKU.WS xəbər verir ki, Almaniyanın nüfuzlu Transfermarket portalı Belçika klubunu bu məbləğdə dəyərləndirir. Portal Belçika təmsilçisinin heyətində ən dəyərli oyunçu kimi mərkəz hücumçusu Tarik Tissoudalini göstərir (7, milyon avro). Mərakeş və Hollandiya vətəndaşlığı olan futbolçu zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb. Onun "Qarabağ"la oyunlarda meydana çıxıb-çıxmayacağı bilinmir. "Gent"in daha bir aparıcı futbolçusu - belçikalı sağ cinah yarımmüdafiəçisi Matisse Samise (dəyəri 4 milyon avro) də zədəlidir. Onun da sıraya nə vaxt dönəcəyi bilinmir. Gent təmsilçisinin heyətində mərkəz müdafiəçiləri Jozef Okumu (Keniya, dəyəri 6 milyon avro) və Jordan Torunagha (Almaniya, Nigeriya, dəyəri 5 milyon avro) əsas silahlar sayılırlar.

"Gent" ev oyunlarını "Ghelamco Arena"da keçirir. Stadionun tutumu 19999 yerdir. Klubun heyətində 9 öz ölkəsinin yığmasına çağırılan futbolçu var. Klubda 14 legioner çıxış edir. (Heyətin 50 faizi). Futbolçuların orta yaş həddi isə 25,8 yaşdır.

"Gent" bir dəfə 2014/15 mövsümündə Belçika çempionu olub. 4 dəfə isə Belçika kubokuna sahib çıxıb.

"Gent"in Avropa arenalarındakı ən böyük uğuru 2015/16-cı il mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlməsi olub. Həmin il "Gent" 1/8 final mərhələsində Almaniyanın "Volfsburq" klubuna evdə 2:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.

Belçika təmsilçisi hazırkı ölkə çempionatda 16 turdan sonra 27 xalla 5-ci yeri tutur. Klub keçirdiyi 16 görüşün 8-də qələbə qazanıb. 5 oyunda uduzan "Gent" 3 qarşılaşmada isə heç-heçə edib. Topların nisbəti 28-18-dir. Müqayisə üçün deyək ki, hazırda 43 xalla Belçika birinciliyinə liderlik edən "Genk" rəqib qapılarından 43 top keçirərək öz qapısında 15 qol görüb.

Xatırladaq ki, "Qarabağ" "Gent"i fevralın 16-da Bakıda qəbul edəcək. 1/8-in cavab qarşılaşması bir həftə sonra "Ghelamco Arena"da baş tutacaq.

BAKU.WS