Məşhur kikboksçu Çingiz Əlləzov: “Fəxr edirəm ki, Azərbaycana gəlmişəm” - VİDEO

25
yan
2023
23:02
Bir müddət əvvəl nüfuzlu “One Championship” təşkilatında çempion olan tanınmış kikboksçu Çingiz Əlləzov ölkəmizə gəlib.
Məşhur idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
“Böyük kəmərləri udub, Azərbaycana gəldim. Fəxr edirəm ki, öz vətənimə gəlmişəm”, - deyə kikbokçsu təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Çingiz Əlləzov peşəkar karyerasında 66 döyüş keçirib. Onlardan 37-si nokautla olmaqla 60-da qalib gələn kikboksçu cəmi 5 qarşılaşmada məğlub olub.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
