SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol dünyasında ən maraqlı rəqabət sayılan Messi və Ronaldo mübarizəsi meydandan kənarda hörmət və ləyaqəti ilə gündəmdədir.

BAKU.WS-in məlumatına görə, Dünya Kubokunun qalibi olan Argentina millisinin üzvü Lionel Messi ulduz futbolçu Kriştiano Ronaldo ilə bağlı təqdirəlayiq açıqlama verib.

Radio proqramına qoşulan Lionel Messi aparıcıların suallarını cavablandırıb. Argentinalı ulduza "Sizcə, Messinin olmadığı siyahıda dünyanın ən yaxşı futbolçusu kimdir?" sualı ünvanlanıb. Messi suala cavab olaraq Neymar, Mbappe, Azard, Suares və Agueronun adlarını çəkib.

Daha sonra aparıcılar Lionel Messiyə Kriştiano Ronaldonun siyahıda olmadığını xatırladıb. Messinin cavabı isə belə olub: "Onu özümlə siyahıdan çıxardım".

Qeyd edək ki, Lionel Messinin Kriştiano Ronaldonu özü ilə eyni tərəziyə qoyması futbol icytimaiyyəti tərəfindən böyük rəğbət və alqışla qarşılanıb.

Əli İsmayıl
BAKU.WS
VİDEO