SİZİN REKLAM BURADA!
055 213 76 73


Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.

BAKU.WS xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində 2 dəfə mundialın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Dekabrın 18-də DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. 

***20:01

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya - Mərakeş matçında ikinci hissə başlayıb.

İlk hissə Xorvatiyanın 2:1 hesablı üstünlüyü ilə bitib.

***19:47

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.

***19:43

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda üçüncü qol vurulub.

BAKU.WS xəbər verir ki, 42-ci dəqiqədə Avropa təmsilçisi yenidən önə keçib - 2:1.

Xorvatiya millisinin heyətində Mislav Orsiç fərqlənib.

***19:12

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, 9-cu dəqiqədə Afrika təmsilçisi hesabı bərabərləşdirib.

Mərakeş millisinin heyətində Əşrəf Dari fərqlənib.

***19:08

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda hesab açılıb.

BAKU.WS xəbər verir ki, 7-ci dəqiqədə Yosko Qvardiol Avropa təmsilçisini hesabda önə keçirib.

***19:00

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

BAKU.WS