VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya rəqib olub.

Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/4 finalda Niderlandı məğlub edib.

Cənubi Amerika təmsilçisi 35-ci dəqiqədə Nahuel Molina və 73-cü dəqiqədə Lionel Messinin qolu sayəsində iki top fərqi ilə önə keçib. Ancaq komanda bu üstünlüyünü qoruya bilməyib. Sonradan meydana daxil olan Vaut Veqhorst 83-cü və 90+11-ci dəqiqədə dubl edərək, hesabı bərabərləşdirib.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə də tablodakı rəqəmlər dəyişmədiyindən, penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:3) Argentina yığması adını yarımfinala yazdırıb.

Argentina ilə Xorvatiya arasında DÇ-2022-nin yarımfinal oyunu dekabrın 13-də keçiriləcək.

***01:46

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final matçında əlavə vaxt başa çatıb.

Burada da hesab (2:2) dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

***01:05

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 4-cü qol vurulub.

90+11-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Vaut Veqhorst özünün və komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib - 2:2.

***00:46

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 3-cü qol

83-cü dəqiqədə Avropa təmsilçisinin heyətində Vaut Veqhorst hesab arasındakı fərqi azaldıb - 1:2.

***2022-12-10 00:36

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

73-cü dəqiqədə penaltidən fərqlənən Lionel Messi Cənubi Amerika təmsilçisinin üstünlüyünü 2 topa çatdırıb - 2:0.

***23:36

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

35-ci dəqiqədə Nahuel Molina Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

***23:06

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***21:59

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Niderland və Argentina yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 8. Kodi Qakpo

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 25. Lisandro Martines, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 10. Lionel Messi, 9. Julian Alvares

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BAKU.WS