Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa Polşaya qalib gəlib.
BAKU.WS xəbər verir ki, "xoruzlar"dan qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə Kilian Mbappe vurub.
Beləliklə Fransa millisi dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşmanın 90+9-cu dəqiqəsində Levandovski penalti zərbəsi ilə Polşanın heyətində fərqi azaldıb.
Fransa yığması növbəti mərhələdə İngiltərə - Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.
BAKU.WS