Ronaldo ilə baş məşqçi arasında gərginlik yaranıb

04
dek
2022
17:57
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ilə baş məşqçi Fernando Santuş arasında gərginlik yaranıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin ulduz oyunçunu Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin hər 3 matçında əvəzləməsi səbəb olub. 37 yaşlı hücumçu maksimum dərəcədə çox şans qazanmaq istəyir.
İddiaya görə, məsələ Portuqaliya Futbol Federasiyasının nəzarətinə götürülüb. Qurum mundial dövründə komanda daxilində sabitliyin pozulmasını istəmir.
Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.
Oxşar xəbərlər
DÇ-2022: Portuqaliya millisi qrupun son oyununda uduzub - YENİLƏNİB
Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub. Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığ...