"Neftçi"nin Müşahidə Şurasında dəyişikliklər olub

01
dek
2022
23:15
"Neftçi"nin Müşahidə Şurasında (MŞ) dəyişikliklər olub.
Bu barədə məlumat klubun rəsmi saytında yer alıb.
Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.
Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.
Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.
Oxşar xəbərlər
“Neft Daşları”nda “Neftçi” Peşəkar Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib - FOTO/VİDEO
“Neftçilər Günü” və “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) 85 illiyi münasibətilə 2022-ci il oktyabrın 9-da “Neftçi” PFK ilə neftçilər arasında “Neft Daşları”nd...