SİZİN REKLAM BURADA!
055 213 76 73


Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.

Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.

Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.

***21:31

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.

Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

***20:50

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

Avropa təmsilçisi hesabda önə keçib - 2:1. 

Xorvatiya seçməsinin ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub. 

***20:41

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1

Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib.

***20:04

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb.

2-ci dəqiqədə Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0.

***20:01

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***19:22

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.

Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.

Kanada: Milan Boryan; Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis; Tedjon Byukenen, Atiba Hatçinson, Stiven Euştakiu, Kayl Larin; Conatan Devid.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

BAKU.WS