DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib

DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib
İdman 47

Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.

BAKU.WS xəbər verir ki, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Oyunda yeganə qolu Avstraliya millisinin oyunçusu Mitçell Dyuk 24-cü dəqiqədə vurub.

Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.

Son xəbərlər