SİZİN REKLAM BURADA!
055 213 76 73


Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb.

Qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

***21:51

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda 5-ci qol vurulub.

Qarşılaşmanın 89-cu dəqiqəsində Qananın futbolçusu Bukari hesab arasındakı fərqi azaldıb - 3:2.

***21:40

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab yenidən dəyişib.

Qarşılaşmanın 78-ci dəqiqəsində Joao Feliks, 80-ci dəqiqədə isə Rafael Leao Portuqaliyanı hesabı 3:1-ə çatdırıb.

***21:33

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab bərabərləşib.

Qarşılaşmanın 73-cü dəqiqəsində Andre Ayu Qananın heyətində fərqlənib.

***21:23

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab açılıb.

Qarşılaşmanın 64-cü dəqiqəsində Portuqaliyanın superulduzu Ronaldu fərqlənib - 1:0.

O, özünə qarşı cərimə meydançası daxilində edilmiş kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

***20:10

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***19:29

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ilk turunda üz-üzə gələcək Portuqaliya və Qana yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu

Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

BAKU.WS