SİZİN REKLAM BURADA!
055 213 76 73


"Rəhbərliyim altında ilk oyun idi. Milli komandaların fasiləsindən sonra 4-5 gün məşq edə bilmişdik. Əhval-ruhiyyəmiz o qədər də yaxşı deyildi".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Kəpəz"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis "gənclik şəhəri" təmsilçisindən gözləntilərin böyük olduğunu bildirib: "Oyun ərzində təşəbbüs gah bizdə, gah da rəqibdə idi. Dərhal hər şey düzələsi deyil. Bunun üçün bir qədər vaxt lazımdır. Uşaqlara sonadək vuruşduqlarına görə çox sağ olun dedim".

Abasov bütün komanda kimi güclənmək istədiklərini söyləyib: "Hücumçularımızın ikisinin zədəli olduğunu demək istəməzdim. İstərdim ki, oyunumuzu düzəldək. Templi, sürətli oynamalıyıq. Bunun üçün vaxta ehtiyacımız var".

BAKU.WS