13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 

"Qəbələ" klubu iki azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb. 

BAKU.WS-in məlumatına görə, klub Vüqar Nadirov və ötən mövsüm "qırmızı-qara" forma ilə çıxış edən Ruslan Abışovla anlaşıb. "Qəbələ"nin sabiq kapitanı Ruslan Abışovla ilə mövsümün sonunadək müqavilə imzalanıb. 28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən "Xəzər Lənkəran"a keçmişdi.
 
Bunadək Ruslan "Neftçi" (2006-2012), "Xəzər Lənkəran" (2012-2013), "Rubin" (Kazan, Rusiya) (2013-2015) və "Qəbələ"də (2014-2015) çıxış edib. Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.

"Qəbələ” Azərbaycan millisinin futbolçusu Vüqar Nadirov ilə 2015-ci ilin sonunadək anlaşma əldə edib. 28 yaşlı hücumçu "Qəbələ”yədək "Qarabağ” (2001-2005, 2009-2015), "Xəzər Lənkəran" (2005-2008) "Masallı” (2008) və "Karvan"da (2008-2009) çıxış edib. 2015-ci ilin yayında "Xəzər Lənkəran”a keçən Nadirov Azərbaycan milli komandasında 61 qarşılaşmada 4 qol vurub.
 
ŞAHİN Həbibov
BAKU.WS