VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Öz evimə gəlmişəm, burada olmaqdan məmnunam".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay “Shusha Chess 2022”nin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Buna görə Azərbaycan şahmat ailəsinə təşəkkür edirəm. Burada Türkiyədən iki şahmatçı mübarizə aparır".

G.Tülayın sözlərinə görə, Şuşada olmaq çox gözəldir: "Turnir məhz burada keçirildiyi üçün, işlərimin çoxluğuna baxmayaraq, dəvəti qəbul etdim. Öz torpaqlarımızı görmək, dəyərlərimizi hiss etmək mənim üçün çox qiymətlidir. Bu səbəbdən təşkilatçılara minnətdarlığımı bildirirəm".

Federasiya prezidenti Şuşadakı ilk beynəlxalq şahmat turnirində nəticənin önəm daşımadığını söyləyib: "Burada dünyanın ən yaxşı şahmatçıları çıxış edir. Mənə görə ən önəmlisi bu cür idmançıları Şuşada bir araya gətirməkdir".

Qeyd edək ki, bu gün start götürən turnir sentyabrın 24-də başa çatacaq.

BAKU.WS