“Grand Chess Tour”: Şəhriyar Məmmədyarovun qazancı bəlli olub - FOTO

“Grand Chess Tour”: Şəhriyar Məmmədyarovun qazancı bəlli olub - FOTO
İdman 114

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent-Luis şəhərində keçirilmiş “Grand Chess Tour”un IV mərhələsindən qazancı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə yarışın rəsmi tviter hesabında paylaşım edilib.

Turniri 6-cı sırada bitirən 37 yaşlı qrossmeyster 11 min ABŞ dollarına sahib çıxıb.

Məmmədyarov “Grand Chess Tour”un ümumi sıralamasında 10 xalla səkkizincidir. Təcrübəli şahmatçı ümumilikdə bu yarışdan 32,250 dollar əldə edib.

Qeyd edək ki, “Grand Chess Tour”un V mərhələsi olan “Sinquefield Cup” 1-13 sentyabrda Sent-Luisdə gerçəkləşəcək.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - VİDEO

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - VİDEO

ABŞ-ın Sent Luis şəhərində "Fişer şahmatı" (şahmat-960) üzrə "Champions Showdown" adlanan turnir keçirilir. BAKU.WS xəbər verir ki, yarışda Azərbaycan şahmatçı...

574 İdman 09:54 09 sentyabr 2021

Son xəbərlər