SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın daha bir yeniyetmə stolüstü tennisçisi Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirində 1/8 finala yüksəlib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Onur Quluzadə qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirliklərindən olan Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyanı məğlub edərək mərhələ adlayıb.

*** 16:57

Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.

Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

Sentyabrın 21-dək davam edəcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.

BAKU.WS