VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abakarova Patimat Serajutdinovna
Axundova Larisa Viktorovna
Aliomarov Maqomed Aliomaroviç
Beigi Harchegani Milad
Çunayev Rasul Abakər oğlu
Dəvrişov Əli İsa oğlu
Əliyev Hacı Azər oğlu
Əli-Zadə Rəşad Allahverdi oğlu
Həsənov Cəbrayıl İlham oğlu
Məmmədov Anar Vahid oğlu
Məmmədov Orxan Rasim oğlu
Məmmədov Samir Telman oğlu
Radomski Alen
Radomskiy Dmitro
Sinişin Natalya
Şəriəti Sabah Saleh oğlu.
 
Prezidentin başqa bir sərəncamı ilə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Radik Veleddin İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilib.
 
BAKU.WS