SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Elvin Ağayev (full contact, 86 kq) də final görüşünə çıxacaq.

BAKU.WS