Qurban Qurbanov matçı dəyərləndirdi: "Səbrli olmalıyıq"

"Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik".
BAKU.WS xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında deyib.
"Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçular bunu bacarmağa qadirdirlər. Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Oyunumuz elə də pis alınmadı. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq", - deyə Q.Qurbanov vurğulayıb.
Oxşar xəbərlər
“Neftçi” – “Qarabağ” matçının saatı açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 28-ci turunun oyun cədvəli açıqlanıb. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istin...