İslamiada: Azərbaycanın iki kikboksçusu finala çıxdı, dördü medal qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan kikboksçuları uğurla başlayıb.
BAKU.WS Azərbaycan Kikboksinq Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycanın 2 kikboksçusu - Rəhim Əliyev (low kick, 71 kq) və Bəhram Rəcəbzadə (low kick, +91 kq) finala çıxıb. Final görüşləri sabah keçiriləcək.
Həmçinin Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Arzuman Qədimov (low kick, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, İslamiadada kikboksinq yarışları son günədək - avqustun 18-dək davam edəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. H...
