VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, 65 kq-da Zirəddin Bayramov və 70 kq çəki dərəcəsində Kənan Heybətov qızıl medal görüşlərinə çıxacaqlar.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.

Qeyd edək ki, final görüşləri avqustun 16-da baş tutacaq.

BAKU.WS