SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın qadın sablyaçısı Palina Kaspiaroviç Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, idmançı qızıl medal uğrunda qarşılaşmada qardaş ölkə təmsilçisi İrina Şçukla üz-üzə gəlib. Rəqibinə uduzan Kaspiroviç 2-ci yerlə kifayətlənib.

Səbinə Kərimova və Valeriya Bolşakova isə bürünc medal qazanıblar.

***

18.38

Azərbaycanın üç qılıncoynadanı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qadın sablyaçıların fərdi yarışında Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakova yarımfinala adlayıb.

Bolşakova finala gedən yolda Türkiyə təmsilçisi İrina Şçukla görüşəcək. Kərimova ilə Kaspiaroviç isə bir-birinə rəqib olub.

Yarımfinallar Bakı vaxtı ilə 18:20-də start götürəcək.

BAKU.WS