SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan gimnastları Vladimir Dolmatov və Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası yarışlarında qızıl medal qazanıblar.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan komandasının üzvləri Dolmatov və Mustafayeva qarışıq cütlüklər arasında birinci yeri tutmuşlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

BAKU.WS