SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev CBC Sport kanalının "Təkbətək" verilişinin qonağı olub.

O, UFC-dəki döyüşü zamanı sınan burnunun hazırda yaxşı olduğunu və evdə istirahət etdiyini bildirib.

O, “Qazaxıstanda doğuldun, anan rusiyalı, atan azərbaycanlıdır. Sən isə Qırğızıstanda böyüyüb boya-başa çatmısan. Özünü haralı kimi hiss edirsən?” sualına “Həyatı dərk etdiyim anları Qırğızıstanda yaşamışam, amma həmişə öz köklərimə sadiq qalmışam. Özümü həmişə azərbaycanlı kimi hiss edirdim”, - deyə cavab verib.

R.Fiziyev Azərbaycanı təmsil etməsi ilə bağlı qərarından da danışıb:

“Gənclər və idman naziri məni doğma insan kimi qarşıladı və Azərbaycandan olduğumu, doğma olduğumu hiss elətdirdi. Onunla söhbətdən sonra Azərbaycan üçün önəmli olduğumu hiss etdim. Bunun üçün nazirə minnətdaram”.

Rafael daha sonra daxili işlər orqanlarında işləyən atası barədə danışıb.

O, atasının işini davam etdirmək istəsə də, akademiyanı bitirib zabit olduqdan sonra fikrinin dəyişdiyini bildirib.

“Sistemi daxildən gördüm və qərarımı dəyişdim. Taylanda arzularımı reallaşdırmaq üçün yola düşdüm”.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO