Almeydadan Botkaya "kabab qoxusu" ilə bağlı CAVAB - VİDEO

Bir müddət öncə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçirilən ilk qarşılaşmasında rəqib komandanın oyunçusu Endre Botka Tofiq Bəhramov adına Respublika Stadionundan "kabab qoxusu" gəlməyindən şikayətlənmişdi.
BAKU.WS xəbər verir ki, Macarıstanda baş tutan cavab matçında rəqib üzərində 1-3 hesabı ilə inamlı qələbə qazanan "Qarabağ"ın oyunçusu Riçard Almeyda Botkanın "kabab qoxusu" ilə bağlı kinayəli açıqlamalarına özünəməxsus reaksiya verib.
Belə ki, oyunçu qarşılaşmanın sonunda qələbəni qeyd edən zaman kameralara "Azərbaycan kababı əla" deyə səslənib.
Sözügedən görüntüləri sizə təqdim edirik:
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və Kiprin AEL qarşılaşması başa çatıb. BAKU.WS xəbər verir ki, köhlən atlar rəqibi mi...