SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ferentsvaroş" - "Qarabağ" qarşılaşması başa çatıb.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" Macarıstan paytaxtı Budapeştdən 1:3 hesablı qələbə ilə Vətənə qayıdırlar.

Bununla da "Qarabağ" Çempionlar Liqasının pley-offuna vəsiqə qazanıb.

"Qarabağ"ın pley-offdakı rəqibi Çexiyanın "Viktoriya" (Plzen) klubu olacaq. 

***

23.49

"Ferentsvaroş" - "Qarabağ" qarşılaşmasında növbəti qol vurulur.

BAKU.WS xəbər verir ki, oyunun 86-cı dəqiqəsində Adama Traore hesabı 1:3 edib.

***

23.38

"Ferentsvaroş" - "Qarabağ" qarşılaşmasında "köhlən atlar" üçüncü qolu vurub.

BAKU.WS xəbər verir ki, oyunun 77-ci dəqiqəsində İbrahima Vaci hesabı 0:3 edib.

***

23.16

"Ferentsvaroş" - "Qarabağ" qarşılaşmasında "köhlən atlar" ikinci qolu vurub.

BAKU.WS xəbər verir ki, oyunun 55-ci dəqiqəsində İbrahima Vaci hesabı 0:2 edib.

***

22.51

"Ferentsvaroş" - "Qarabağ" qarşılaşmasında birinci hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, fasiləyə "köhlən atlar" 0:1 hesabla yollanıb.

***

22.09

"Ferentsvaroş" - "Qarabağ" qarşılaşmasında hesab açılıb.

BAKU.WS xəbər verir ki, qolu oyunun 7-ci dəqiqəsində "köhlən atlar"ın oyunçusu Abdullah Zubir açıb.

***

22.00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ferentsvaroş" - "Qarabağ" qarşılaşmasına start verilib.

BAKU.WS xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da baş tutur.

Qeyd edək ki, Bakıdakı oyun 1:1 hesabı ilə başa çatıb.

BAKU.WS