SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasına qələbə ilə start verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, son çempion ilk turun matçıda "Səbail"i qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 42-ci dəqiqədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı açıb. Fasiləyə əlavə olunmuş 2-ci dəqiqədə "Qarabağ"ın digər hücumçusu Ramil Şeydayev fərqi artırıb. Meydan sahibləri fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

Fasilədən sonra da üstün tərəf Ağdam komandası olub. Şeydayev 47-ci dəqidə özünün dublunu, komandasının 3-cü qolunu rəsmiləşdirib. Bununla belə, "dənizçilər" meydana sonradan daxil olmuş gənc Elmir Tağıyevin uzaqdan vurduğu zərbə ilə hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Bu qol vurulanda hesab 71-ci dəqiqəni göstərib.

Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" "Səbail"i 3:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Qarabağ" 3 xalla turnir cədvəlinin liderinə çevrilib. Qurban Qurbanovun komandası Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə"ni top fərqində qabaqlayır.

Xatırladaq ki, turun açılış matçında "Kəpəz" "Dalğa Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura avqustun 7-si və 8-də keçiriləcək "Şamaxı" – "Neftçi", "Sabah" – "Sumqayıt" və "Turan Tovuz" – "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

BAKU.WS