"Neftçi"nin legioneri: "Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq"

"Oyunun sonu yaxşı bitmədi. Növbəti matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Ataa Caber Bakıda Avstriyanın "Rapid" (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Matçdakı ilk qolun müəllifi olan israilli yarımmüdafiəçi öz oyununda inkişaf gördüyünü bildirib: "Bu, komanda yoldaşlarımın sayəsində mümkün olur".
28 yaşlı oyunçu sonda azarkeşlərə təşəkkür edib: "Bu gün mükəmməl idilər. Bizə çox dəstək oldular. İnanıram ki, növbəti görüşlərdə də bizi dəstəkləyəcəklər. Biz də onlara layiq oyun göstərməyə çalışacağıq".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...