SİZİN REKLAM BURADA!
055 213 76 73


Gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, görüşün əvvəlində cüdoçular, güləşçilər, taekvondoçular və qılıncoynadanların son bir ayda qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

İdmançıları salamlayan F.Qaybov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Nazir bildirib ki, hər dəfə belə görüşlərə dəvət olunan idmançıların sayı daha da çoxalır:

"Bu isə qazanılan uğurların artmasının bariz nümunəsidir. Uğur asan başa gəlmir. Hər medalda bir çox insanın zəhməti var. Yarışlar zamanı sizinlə həyəcanlanır, hər birinizin uğuruna sevinirik".

Görüşdə iştirak edən idmançılar yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər. Milli komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.

BAKU.WS
QALEREYA