SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu məşq zamanı dünyasını dəyişib.

BAKU.WS Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Maykl Umanyikanın bir müddət öncə kluba transfer olunduğu bildirilir.

Klubun baş məşqçisi Şaban Şirdanov bildirir ki, ilkin ehtimallara görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub: "Dəhşətli hadisədir. Güclü futbolçu idi. Yaxın dostumuz idi. Adi məşq edirdi. Hətda 5 dəqiqə əvvəl su fasiləsi verdik. Hər şey qaydasında idi. Biz eşitmişdik ki, futbolda durduq yerə yıxılaraq belə şeylər olur. Toqquşma olmadı. Birdən birə ayaqları bir-birinə ilişdi yıxıldı. Həkimlər gəldi və verdikləri rəyə görə, görünən odur ki, tropdan ölüm baş verib".

Klubun birinci liqaya hazırlıq məşqləri zamanı anidən dünyasını dəyişən futbolçunun sağlamlığında heç bir problemin olmadığı deyilir.
 
BAKU.WS