SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 24 nəfər həlak olub.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb. 

Yerli hakimiyyət orqanları bildiriblər ki, magistral yolun çökməsinə güclü yağış səbəb ola bilər.

Bundan əvvəl 19 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilirdi.

Çərşənbə günü gecə Meizhou şəhərində meydana gələn hadisədə 18 avtomobil yoldan çıxaraq çuxura düşüb.

Çin mətbuatının yaydığı görüntülərdə avtomobillərdən bəzilərinin alovlandığı görünür.

Dağılan ərazinin uzunluğu təqribən 18 m, sahəsi isə təqribən 184 kvadratmetr olub.

***09:42

Çinin cənubundakı Quanqdonq əyalətində magistral yol çöküb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib. 

Hadisə mayın 1-də, yerli vaxtla gecə 2:10 radələrində Quanqdonq əyalətindən Fujian əyalətinə gedən ekspress yolda baş verib.

Nəticədə 18 avtomobil dağıntılar altında qalıb. 31 nəfər xilas edilib, hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, magistral yolda nəqliyyatın hərəkəti bağlanıb.

Son məlumata görə, Quanqdonq əyalətində yüksəksürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

BAKU.WS
VİDEO

QALEREYA