Səfir: “Orta Dəhliz vasitəsilə enerji resursları və texnologiyalar da tədarük edilə bilər”

Səfir: “Orta Dəhliz vasitəsilə enerji resursları və texnologiyalar da tədarük edilə bilər”
Siyasət 25

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi Orta Dəhlizin bir hissəsidir və bu dəhliz vasitəsilə təkcə mallar deyil, həm də enerji resursları və texnologiyalar tədarük edilə bilər.

Bunu Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim Orta Dəhlizin imkanlarının artırılmasına həsr olunmuş VIII illik Transxəzər Forumunda deyib.

“Bütün maraqlı tərəfdaşlarla Orta Dəhliz marşrutu üzrə işləyə biləcəyimizə, eyni zamanda ABŞ-in bu regionun ən mühüm və sadiq dostlarından biri olaraq qalacağına ümid edirik”, - o bildirib.

Son xəbərlər