SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə aralıqsız yağan yağış selə səbəb olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yağış suları küçələri və yolları basıb.

İcitmai nəqliyyatın hərəkəti iflic olub. Axşam saatlarında başlayaraq daha da artıb. Hazırlıqsız olan vətəndaşlar qapalı məkanlarda və dayanacaqlarda sığınmağa çalışıblar. Yağış suları iş yerlərinə və bir sıra məkanlara da dolub.

Elmadağ, Keçiören, Çankaya və Yenimahalle bölgələrində yollardakı çuxurlar yağış suları ilə dolub. Sürücülər sel səbəbi ilə yolda qalıb.

Ankara şəhər valisi Vasip Şahin bu barədə açıqlama verərək insan tələfatı olmadığını bildirib:

"Bu gecə baş verən güclü yağışlar nəticəsində vətəndaşlarımızın zərər çəkməməsi üçün bütün xilasetmə briqadamız sahədə vəzifədədirlər. Bu günə qədər heç bir insan tələfatı qeydə alınmayıb".

BAKU.WS
VİDEO

QALEREYA