Bakıda TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
"Yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin 6 ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",-deyə məlumatda qeyd olunur.
***09:13
Bakıda iki yük maşını alışaraq yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Yanğın hadisəsinin "İpək Yolu" Gömrük Terminalı ərazisində baş verdiyi bildirilir.
Xarici vətəndaşlara məxsus iki TIR yanmağa başlayıb.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - ANBAAN VİDEO
Dünən Bakıda iki yük maşınının alışaraq yanması barədə məlumat vermişdik. BAKU.WS-in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birin...
