SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bursaspor"un ötən mövsüm "Trabzonspor"dan transfer etdiyi futbolçu Deniz Yılmaza Azərbaycan yığmasından təklif gəlib. 
 
BAKU.WS-in məlumatına görə, qolçu futbolçunun meneceri Erdem Karagöl "Bursaspor"da oynayan Denizin atdığı qollarla futbol ictimaiyyəti arasında böyük rəğbət qazandığını söyləyib. 

Denizin 2016 Avropa Çempionatından əvvəl Türkiyə yığmasının heyətinə düşə biləcəyi müzakirə olunsa da ancaq bu reallaşmayıb. Karagöl oyunçu üçün ötən həftə Azərbaycan Futbol Federasiyasından bir təklif çatdığını bildirib. Ölkə Federasiyasının Denizin Azərbaycan yığmasında formasını geyməsi təklifi oyunçunu heyrətləndirib. 

Karagöl, Almaniya doğulan Deniz Yılmazın daha əvvəl bu ölkədə və Türkiyə yığmasında oynamadığı üçün Azərbaycan adına beynəlxalq müsabiqələrdə iştirakının mümkün olduğunu qeyd edib. 

Təklifi düşünən futbolçunun yaxın günlərdə Azərbaycan Futbol Federasiyasına bir cavab verəcəyi bildirilib. 
 
BAKU.WS