Məşhur futbolçu baş məşqçi təyin olundu

Argentina millisinin sabiq futbolçusu Karlos Teves məşqçiliyə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, veteran hücumçu ölkəsinin "Rosario Sentral" komandasının sükanı arxasına keçib.
38 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Keçmiş forvard məşqçilik kruslarını bitirmədiyindən rəsmi protokolda baş məşqçi kimi göstərilməyəcək.
Qeyd edək ki, Karlos Teves son olaraq vətənində "Boko Xuniors"un formasını geyinib. O, daha əvvəl İngiltərədə "Mançester Siti", "Mançester Yunayted" və "Vest Hem", İtaliyada "Yuventus" və Braziliyada "Korintians" klublarının da şərəfini qoruyub. Teves iyunun 4-də peşəkar futbolçu karyerasını başa vurub.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...
