Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ilk günündə 12 dəst medal uğrunda yarışlarda 17 ölkədən idmançılar fərqləniblər.

Hesabında 2 qızıl və 1 bürünc medal olan Avstraliya cədvələ liderlik edir. İki qızıl medalla Macarıstan ikinci, 1 qızıl və 4 gümüş medalla ABŞ üçüncü pillədə qərarlaşıb.

İlk beşliyi Koreya Respublikası (1-1-0) və Yaponiya (1-0-4) tamamlayır.
 
BAKU.WS